Mingəçevirdə KÜTLƏVİ DAVA:  saxlanılanlar var
13 mart 2025 12:00 (UTC +04:00)

Mingəçevirdə KÜTLƏVİ DAVA: saxlanılanlar var

Mingəçevirdə kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə Mingəçevir şəhəri Bağlar yaşayış massivində qeydə alınıb. 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb. Mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı şəhər polis şöbəsində istintaq araşdırmalarına başlanılıb və xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar