Mingəçevirdə kişi qonaq getdiyi evdə dostunu bıçaqladı
13 aprel 2024 09:41 (UTC +04:00)

Mingəçevirdə kişi qonaq getdiyi evdə dostunu bıçaqladı

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisindəki mənzillərin birində qeydə alınıb. Burada 36 yaşlı Yaməddin Rüstəmov və tanışı 27 yaşlı Qurban İsmayılov arasında mübahisə yaranıb. Mübahisə zamanı Y. Rüstəmov Q. İsmayılova bıçaqla xəsarət yetirib. Q.İsmayılov isə Y.Rüstəmovu döyüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb və araşdırma aparılır.

Qeyd edək ki, hadisə Q. İsmayılovun evində baş verib.

# 2382
avatar

Oxşar yazılar