"Milli Ön" aparatlarından 7 mindən çox pul apardı
05 fevral 2021 11:04 (UTC +04:00)

"Milli Ön" aparatlarından 7 mindən çox pul apardı

Gəncə şəhərində "Milli Ön" ödəmə terminalları qarət olunub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhəri ərazisindəki müxtəlif yerlərdə quraşdırılmış 4 “Milli Ön” ödəmə terminalından ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlanıb.

Gəncə şəhəri Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2646
avatar

Mehman Nəbiyev

Oxşar yazılar