Metroda qadının telefonu  OĞURLANDI
16 dekabr 2021 19:29 (UTC +04:00)

Metroda qadının telefonu OĞURLANDI

Dekabrın 13-də metronun “Elmlər Akademiyası” stansiyasında qatarda Bakı şəhər sakini G.İsrafilovanın cibindən mobil telefonu oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev müəyyən edilərək saxlanılıb.

 

# 1782
avatar

Mehman Nəbiyev

Oxşar yazılar