Meşədə əkilən çətən şitilləri
06 may 2021 10:19 (UTC +04:00)

Meşədə əkilən çətən şitilləri

Meşədə narkotik əkib-becərirdi - FOTO

İsmayıllıda meşədə narkotik becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mücühəftəran kənd sakini Elvin Məcidov saxlanılıb. Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni Qalınçaq kəndindəki meşəlik ərazidə əkib-becərdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman ümumilikdə 474 ədəd çətənə bitkisinin şitillləri aşkar olunaraq götürülüb. Saxlanılan şəxs şitilləri 15 gün əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Narkotik əkib-becərən Elvin Məcidov

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542
avatar

Mehman Nəbiyev

Oxşar yazılar