Məktəbin silahları oğurlandı -  BAKIDA
23 aprel 2021 12:21 (UTC +04:00)

Məktəbin silahları oğurlandı - BAKIDA

Bakıda məktəbdən oğurluq olub.

Daxil iİşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 22-nə keçən gecə Xətai rayonu ərazisindəki orta məktəblərin birindən təlim üçün nəzərdə tutulmuş 1 ədəd “Glock” markalı qaz tapançası və 1 ədəd “AK-74” markalı avtomat silahı oğurlanıb.

Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.

# 1575
avatar

Mehman Nəbiyev

Oxşar yazılar