Masallıda 24 yaşlı oğlan  qətlə yetirildi  - YENİLƏNİB
19 sentyabr 2023 11:43 (UTC +04:00)

Masallıda 24 yaşlı oğlan qətlə yetirildi - YENİLƏNİB

Sentyabrın 18-i saat 17 radələrində 24 yaşlı Elməddin Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 23 yaşlı Höccət Soltanovun rayon ərazisində yol kənarında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elməddin Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Höccət Soltanov şübhəli şəxs qismində tutulub.

 Hazırda ibtidai istintaq davam edir.

***
Saat: 02:00

Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4629
avatar

Oxşar yazılar