Kürdəmirdə qonşusunu öldürən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılaraq istintaqa təhvil verilib.
***
30 may, saat: 16:55
Kürdəmirdə qətl hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Sığırlı kəndində baş verib.
Kənd sakini 59 yaşlı Nuriyev Hafiz Çümşüd oğlu münaqişə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, hadisəni törədən şəxs də Sığırlı kənd sakinidir.
Hadisəni törədən şəxsin tutulması üçün polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirir.