Keçmiş məhkumladan külli miqdarda narkotik götürüldü
16 iyul 2021 19:19 (UTC +04:00)

Keçmiş məhkumladan külli miqdarda narkotik götürüldü

İki rayonda külli miqdarda narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər. Nəticədə  şəhər sakini, əvvəllər məhkum olunmuş A.Axundova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə kolu və 14 kiloqram 775 qram marixuana aşkar edilərək götürülüb.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Niyazoba kənd sakini S.Ərzimanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 74 ədəd çətənə kolu, 8 kiloqram 383 qramdan artıq marixuana, evindən isə 2 ədəd qurumuş çətənə kolu aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2118
avatar

Mehman Nəbiyev

Oxşar yazılar