Göyçayda oğurluq edən Adil İsgəndərov
28 aprel 2021 15:51 (UTC +04:00)

Göyçayda oğurluq edən Adil İsgəndərov

Keçmiş məhkum şöbəni qarət etdi - VİDEO

Göyçay rayonundakı qurumlardan birinin inzibati binasından elektrik naqilləri və digər elektrik avadanlıqlarının oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluğu etməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Adil İsgəndərov saxlanılıb. Onun Profilaktik Dezinfeksiya Şöbəsinin binasından oğurluq yolu ilə əldə edərək əlvan metal qəbulu məntəqələrinə satdığı naqillər və digər metal avadanlıqlar həmin yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Göyçayda inzibati binadan oğurluq edilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Mehman Nəbiyev

Oxşar yazılar