Bakının Xəzər rayonunda ev qarət olunub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumatagörə, ötən il dekabrın 22-də rayon ərazisindəki evlərin birindən 4850 manat dəyərində məişət əşyaları, su mühərriki və avtomobil akkumulyatoru oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Qədəşov saxlanılıb.