Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Şain İbişov saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a erilən məlumata görə, onun üzərinə keçirilən şəxsi axtarış zamanı 8 bükümdə çəkisi 4 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.İbişovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 740 qram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.