Keçmiş məhkum bu dəfə şantaja görə tutuldu
08 iyun 2021 14:48 (UTC +04:00)

Keçmiş məhkum bu dəfə şantaja görə tutuldu

0

Ağsu rayonu ərazisində Nüydü kənd sakini, əvvəllər məhkum olunmuş R.Əsgərov S.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə tələb etdiyi 13 min manat pulu almaq istəyib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, pulu alanda saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2645

Oxşar yazılar