Keçmiş arvadını qısqandığı üçün öldürmüşdü...
16 mart 2021 17:05 (UTC +04:00)

Keçmiş arvadını qısqandığı üçün öldürmüşdü...

Tərtərdə arvadını boğub öldürməkdə təqsirli bilinən Səlim Əsədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallat baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib.

2020-ci il sentyabrın 6-da saat 5 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini 30 yaşlı Röyalə Tağıyevanın yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin keçmiş əri, 37 yaşlı Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

# 2157
avatar

Mehman Nəbiyev

Oxşar yazılar