"Jiqulİ"ni oğurlayıb qəza törətdi
18 fevral 2021 13:05 (UTC +04:00)

"Jiqulİ"ni oğurlayıb qəza törətdi

Fevralın 16-da saat 16 radələrində Qubanın Aşağı Atuc kəndi ərazisindən şəhər sakini S.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobillə Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi müəyyən edilib Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılıb. Onun spirtli içki içdiyi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 1422
avatar

Mehman Nəbiyev

Oxşar yazılar