Respublikanın daxili işlər orqanları ötən həftəsonu törədilən 64 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 2 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.