İranlılarla azərbaycanlı arasında DAVA:  şüşə ilə başların yardılar
14 avqust 2024 10:41 (UTC +04:00)

İranlılarla azərbaycanlı arasında DAVA: şüşə ilə başların yardılar

0

Türkiyədə azərbaycanlı ilə iranlılar arasında dava olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Pamukkale qəsəbəsində baş verib. Azərbaycan əsilli 35 yaşlı Mikayıl G. Spirtli içki içmək üçün 3 iranlı dostunu evinə çağırıb.

Evdə içki içərkən Mikayıl ilə dostları arasında mübahisə yaranıb. Bu zaman tərəflər içki şüşələri ilə bir-birinin başına zərbə endiriblər. Nəticədə Mikayıl və iranlılardan biri xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşları hadisə yerindən qaçan 2 iranlını axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4091

Oxşar yazılar