İnsan alverində təqsirləndirilən qadına AĞIR CƏZA
13 oktyabr 2021 17:05 (UTC +04:00)

İnsan alverində təqsirləndirilən qadına AĞIR CƏZA

İnsan alverində təqsirləndirilən qadına hökm oxunub.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Gəncə şəhər sakininin ələ keçirilməsi üçün əməliyyat tədbirləri keçirib.

Lent.az “Azerforum”a istinadən xəbər verir ki, Gəncə şəhər sakini İbrahimova Samirə Tahir qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə xaricinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ifşa edilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən İbrahimova Samirə Tahir qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4.1-ci  maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676
avatar

Oxşar yazılar