İki gündə yol qəzalarında 3 nəfər ölüb - KRİMİNAL XRONİKA
23 may 2022 10:17 (UTC +04:00)

İki gündə yol qəzalarında 3 nəfər ölüb - KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilən 93 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.

# 1593
avatar

Mehman Nəbiyev

Oxşar yazılar