"İçmə" deyən arvadını qazanla döydü
09 dekabr 2023 17:55 (UTC +04:00)

"İçmə" deyən arvadını qazanla döydü

Moskva vilayətinin Noginsk şəhərində 60 yaşlı kişi səhər yeməyi zamanı arvadını qazanla döyüb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, ev sahibəsi süfrə açdıqdan sonra ərinə tez-tez spirtli içki qəbul etməyin zərərləri barədə danışıb. Bundan hiddətlənən kişi özünü itirib.

Sərxoş kişi arvadını qazanla döyməyə başlayıb. Nəticədə təqaüdçü qadın burnu sınmış, beyin silkələnməsi, baş və çiyin nahiyəsindən aldığı yaralarla xəstəxanaya yerləşdirilib.

Hazırda araşdırma aparılır.

# 2214
avatar

Oxşar yazılar