Həftəsonu yollarda 6 nəfər ölüb
22 fevral 2021 11:11 (UTC +04:00)

Həftəsonu yollarda 6 nəfər ölüb

Respublikanın daxili işlər orqanları ötən həftəsonu törədilən 46 cinayətin üstünü “isti izlər”lə açıb.

Daixli İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 6 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

# 1200
avatar

Mehman Nəbiyev

Oxşar yazılar