Hamilə arvadını və azyaşlı qızını öldürən kişidən  YENİ XƏBƏR
30 iyun 2022 15:08 (UTC +04:00)

Hamilə arvadını və azyaşlı qızını öldürən kişidən YENİ XƏBƏR

Şəmkirdə qətl törədən Elməddin Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə. cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, bu il fevralın 13-ü saat 7 radələrində Şəmkir rayonu Çinarlı kəndi ərazisində Elməddin Həsənov qeyd edilən tarixdə birgə yaşadıqları evdə çarpayıda yatmış və hamilə vəziyyətində olduğunu bildiyi arvadı Lalə Həsənovaya əvvəllər aralarında baş vermiş mübahisə ilə əlaqədar bıçaqla çoxsaylı xəsarətlər yetirərərək öldürüb. Daha sonra sonuncunun yanında olan azyaşlı qızının ona mane olmasından hiddətlənərək həmin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Qumru Həsənovanı da həyatdan məhrum edib.

Elməddin Həsənov Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 2856
avatar

Mehman Nəbiyev

Oxşar yazılar