Gözəllik salonu qarət olundu
18 fevral 2021 13:19 (UTC +04:00)

Gözəllik salonu qarət olundu

Bakının Xətai rayonunda gözəllik salonundan oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olanxəbərə görə, fevralın 13-də rayon ərazisindəki gözəllik salonlarının birindən 3000 manat pul və 600 manat dəyərində mobil telefon oğurlanıb.

Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynli və Cəlilabad rayon sakini M.İsmayılov saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Mehman Nəbiyev

Oxşar yazılar