Başqırdıstanda kişi ov zamanı atasını güllələyərək öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Mişkinski rayonunda baş verib. Aralarında Müdafiə Nazirliyinin istefada olan generalı 70 yaşlı İvan Qoroxov və qardaşı, eləcə də qardaşlardan birinin 50 yaşlı oğlu olub. Məlumata görə, onlar həmin rayonda ova gediblər.
50 yaşlı kişi 75 yaşlı atasını heyvan sanaraq güllələyib. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu (Ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.