FSB zabiti  həmkarını öldürdü
29 may 2024 15:16 (UTC +04:00)

FSB zabiti həmkarını öldürdü

Kalmıkiya Respublikasında Federal Təhlükəsizlik Xidmətinin zabiti spirtli içki qəbul edərkən həmkarını güllələyib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, mayın 28-də FSB-nin Kalmıkiyanın Çernozemelski rayonu üzrə əməkdaşı Baatr Boltırov həmkarı Aleksandr Badmayevlə içki içib.

Bu zaman Boltırov karbin götürərək Badmayevi güllələyib. FSB əməkdaşı hadisə yerində ölüb.

Qətllə bağlı cinayət işi açılıb, Boltırov saxlanılıb.

Baatr Boltırov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Oxşar yazılar