Evlərdən oğurluq edən dəstə tutuldu
31 mart 2021 13:26 (UTC +04:00)

Evlərdən oğurluq edən dəstə tutuldu

Bakıda silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, şəhər sakini N.Osmanovun 50 manat pulu, 1150 manat dəyərində qol saatı və qızıl-zinət əşyaları, bir evdən 150 manat, 2000 dollar, 10.950 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Ələsgərov, Beyləqan rayon sakini O.Əliyev və Bakı şəhər sakini Ə.Əsədov saxlanılıblar.

N.Ələsgərovun və O.Əliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Şərur rayon sakini F.Əliyevlə birgə daha bir evdən 500 manat pul və 20.700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə F.Əliyev də saxlanılıb.

# 1449
avatar

Mehman Nəbiyev

Oxşar yazılar