Evin zirzəmisindən 10 kilodan çox narkotik tapıldı
25 fevral 2021 14:51 (UTC +04:00)

Evin zirzəmisindən 10 kilodan çox narkotik tapıldı

Ağcabədi sakininin evindən narkotik tapılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Cəfərovun evinin zirzəmisinə baxış zamanı oradan 10 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb.

# 1098
avatar

Mehman Nəbiyev

Oxşar yazılar