Ərini öldürdü, doğradı, kanala atdı  - Polis qandonduran cinayətin üstünü açdı - YENİLƏNİB
07 yanvar 2025 10:23 (UTC +04:00)

Ərini öldürdü, doğradı, kanala atdı - Polis qandonduran cinayətin üstünü açdı - YENİLƏNİB

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb. 

Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, Salyan rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 40 yaşlı Röyal Hüseynovun qəsdən öldürüldüyü müəyyən edilib.

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də 38 yaşlı Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.

Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova  saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

saat 08:00

Salyanda polis dəhşətli cinayətin üstünü açıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Salyan rayonu Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 40 yaşlı Röyal Hüseynovun həyat yoldaşının öldürməsi müəyyən edilib.  

39 Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb. Cəsəd kanaldan çıxarılıb, aidiyyəti üzrə təhvil verilib. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4758
avatar

Oxşar yazılar