Dünənki qəzalarda 4 nəfər ölüb - KRİMİNAL XRONİKA
31 may 2022 09:17 (UTC +04:00)

Dünənki qəzalarda 4 nəfər ölüb - KRİMİNAL XRONİKA

 Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata  görə, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

# 1854
avatar

Mehman Nəbiyev

Oxşar yazılar