Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA
05 oktyabr 2022 11:15 (UTC +04:00)

Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA

Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

# 2136
avatar

Sevinc Fərid

Oxşar yazılar