Dünən yol qəzalarında 3 nəfər ölüb
09 aprel 2021 10:09 (UTC +04:00)

Dünən yol qəzalarında 3 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 37 cinayətin üstünü “isti izlər”lə açıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğu üçün ümumilikdə 34 nəfər, o cümlədən borclu qismində olan axtarışda olan 23 nəfər saxlanılaraq adiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

# 1578
avatar

Mehman Nəbiyev

Oxşar yazılar