İmişlidə narkotiklərin satışı ilə məşğul olanlara qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Ələsgər Nuralıyev rayonun Otuziki kəndi ərazisində saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı ümumilikdə 5 kiloqramdan artıq, o cümlədən, 1 kiloqram 900 qram narkotik maddə olan heroin, 1 kiloqram 300 qram qram “patı” və “şüşə” adlanan psixotrop maddə - metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.