Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin siyahısı genişləndirilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin siyahısına 155 yeni narkotik vasitə əlavə olunur, beləliklə, həmin narkotik vasitələrin sayı 187-yə çatdırılır.
Siyahıda müvafiq ardıcıllıqla narkotik vasitələrin beynəlxalq adı, şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri və külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri müvafiq sütunlarda əksini tapıb:
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.