Bir ay əvvəl  həbsdən   çıxmışdı, yenidən...
10 iyul 2021 17:57 (UTC +04:00)

Bir ay əvvəl həbsdən çıxmışdı, yenidən...

Zaqatalada keçmiş məhkum İsmayıllı rayon sakininı bıçaqlayıb.
 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Zaqatala şəhər ərazisində baş verib. Şəhər sakini Oruc Musazadə ilə İsmayıllı rayon sakini Həsən Qasımov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı O. Musazadə üzərində olan bıçaqla H. Qasımovun bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. H. Qasımov ı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Hadisəni törətməkdə şübhəli sayılan O. Musazadə saxlanılıb. O. Musazadənin keçmiş məhkum olduğu, bir ay əvvəl həbddən çıxdığı bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1695
avatar

Oxşar yazılar