Bakının Xətai rayonunda özünü 20-ci mərtəbədən atan Sevil Atakişiyevanın mesajlarının yayılması ilə bağlı araşdırma aparılacaq.
Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilir ki, bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb:
"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcək".
***
Saat 20:29
Dünən Bakının Xətai rayonunda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi ilə bağlı xəbər vermişdik.
Lent.az-ın əldə etdiyi məlumata görə, özünü Xətai rayonu "Sevgililər parkı" yaxınlığındakı binanın 20-ci mərtəbəsindən atan gənc qızın başına gələnlərlə bağlı psixoloqa yazdığı mesajlar üzə çıxıb. Qeyd olunan mesajlarda Azərbaycan Turizm və Menecmentlik Universitetinin tələbəsi olan mərhum qız ailədə çətinliklərlə üzləşdiyini, daim təhdid altında qaldığını bildirib. Ətraflı məlumatı təqdim edəcəyimiz fotolarda oxuya bilərsiniz: