Bakının mərkəzində əcnəbiyə qarşı  QULDURLUQ
04 oktyabr 2021 15:21 (UTC +04:00)

Bakının mərkəzində əcnəbiyə qarşı QULDURLUQ

Bakıda əcnəbiyə qarşı quldurluq edilib.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, oktyabrın 1-də saat 23 radələrində Səbail rayonunun Xəqani küçəsində Kürdəmir rayon sakini R.Seyidov əcnəbi vətəndaş A.Emirinə zor tətbiq edərək içərisində 920 lirə (təxminən 176 manat) olan pulqabısını almaq istəyib. Bu zaman o, ərazidə xidmət aparan 39-cu Polis Bölməsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində saxlanılıb.

Faktla bağlı Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

# 1779
avatar

Mehman Nəbiyev

Oxşar yazılar