Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Əlfəddinzadə mayın 19-da N.Rəfibəyli küçəsində bir nəfərin onun cibindən 55 manat pulunu açıq talama yolu ilə apardığını bildirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Rüstəmov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.