Bakıda XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO
01 aprel 2022 14:54 (UTC +04:00)

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan, üzərində qanunsuz odlu silah-sursat saxlayan və oğurluq edənlərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Sahib Eldarov və Ramil Şükürov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub.

İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı rayon ərazisində yerləşən mağazalardan birinin giriş qapısını sındıraraq içəridə olan kassadan 1500 manat pul oğurlayan paytaxt sakini Orxan İsmayılzadə saxlanılıb. Həmin şəxs ifadəsində etdiyi oğurluğu etiraf edib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə Masallı rayon sakini Yalçın Həsənovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Yalçın Həsənov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir. 

Bakıda narkotacir, odlu silah saxlayan və oğurluq edən şəxs saxlanılıb

# 4968
avatar

Mehman Nəbiyev

Oxşar yazılar