Bakıda sürücüyə qarşı quldurluq
28 oktyabr 2021 12:35 (UTC +04:00)

Bakıda sürücüyə qarşı quldurluq

Bakıda sürücüyə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Ağayev oktyabrın 27-də saat 2 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində “Nissan” markalı avtomobilinə oturan şəxsin onu bıçaqla hədələyib 100 manat pulunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini A.Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9735
avatar

Mehman Nəbiyev

Oxşar yazılar