Bakıda ŞOK OLAY:  İntim əlaqədən sonra oğlanı bıçaqlayan qız kameralara düşdü - VİDEO
10 yanvar 2025 21:06 (UTC +04:00)

Bakıda ŞOK OLAY: İntim əlaqədən sonra oğlanı bıçaqlayan qız kameralara düşdü - VİDEO

Bakıda ötən il baş verən qanlı cinayətin məhkəməsi başlayıb.
 
Lent.az-ın məlumatına görə, istintaqla müəyyən edilib ki, 2024-cü il iyulun 3-ü səhər saatlarında Samirə Əliyeva (ad şərtidir) şəxsi münasibətlər zəminində Sabirabad rayon sakini Fuad Hüseynzadəni bıçaqlayıb. 

Hadisə Bakının Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 71 ünvanda baş verib. 

Belə ki, S.Əliyeva kirayə qaldığı evdə Fuad adlı tanışı ilə intim əlaqədə olub. Səhər yuxudan ayılanda özünü lüt vəziyyətdə görüb. Özünü təhqir olunmuş hesab edən S.Əliyeva qisas almaq məqsədi ilə bıçağa əl atıb və gecə intim münasibətdə olduğu Fuada xəsarət yetirib. Bıçaq xəsarəti alan Fuad lüt vəziyyətdə evdən qaçıb. 

Bütün bunlar küçədə quraşdırılmış təhlükəsizlik kamerasına düşüb. 

Həmin görüntüləri təqdim edirik: 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3036
avatar

Oxşar yazılar