Paytaxtın Nəsimi rayonunda üzərində qanunsuz olaraq silah gəzdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş Əli Ağayevin üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs qısa zamanda tutularaq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 2 ədəd patron aşkar olunaraq götürülüb. Əli Ağayev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapdığını buna baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
Faktlarla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilib.