Bakıda  QULDURLUQ:   döyüb...
17 avqust 2022 12:32 (UTC +04:00)

Bakıda QULDURLUQ: döyüb...

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində bir şəxsə zor tətbiq edərək 950 manat pulu soyğunçuluq yolu ilə əlindən alınıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini Q.Həsənov və Cəlilabad rayon sakini N.Zamanlı saxlanılıb.

Davam etdirilən tədbirlərlə N.Zamanlının Mingəçevir şəhər sakini E.Dursunovla birgə rayon ərazisindəki köşklərin birindən 2130 manat pul oğurlaması da müəyyən olunub. E.Dursunov da saxlanılıb.

# 2529
avatar

Mehman Nəbiyev

Oxşar yazılar