Qəbiristanlıqdan gül oğurlayan Elşən Abduləliyev və Əli Əliyev
18 mart 2021 14:32 (UTC +04:00)

Qəbiristanlıqdan gül oğurlayan Elşən Abduləliyev və Əli Əliyev

Bakıda qəbiristanlıqda gül oğurlayanlar tutuldu

Bakının Yasamal rayonundakı qəbiristanlıqda məzarların üzərindən gül dəstələri oğurlayanlar saxlanılıblar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinləri Elşən Abduləliyev və Əli Əliyev tutularaq istintaqa təqdim olunublar.

Araşdırma zamanı onların müxtəlif vaxtlarda həmin qəbiristanlıqdan ümumi dəyəri 1300 manat olan gül dəstələrini oğurladıqları və paytaxtın müxtəlif yerlərində satdıqları məlum olub. Saxlanılan zaman E.Abduləliyevin üzərindən bir büküm narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Faktla saxlanılan şəxslər barəsində Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

# 1491
avatar

Mehman Nəbiyev

Oxşar yazılar