Bakıda iki qardaş bıçaqlanıb.
Lent.az xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib.
2002-ci il təvəllüdlü Fərid Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşına münaqişə zəminində bıçaqla xəsarət yetirilib.
Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.