Zərərçəkmiş əcnəbi
23 mart 2021 12:51 (UTC +04:00)

Zərərçəkmiş əcnəbi

Bakıda iki qadın ingilisi qarət etdi -VİDEO

Bakıda əcnəbi vətəndaşın əşyaları oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Səbail rayonunda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı Alan Nyubigging Kameron polisə müraciət edərək bildirib ki, qaldığı evdə qapının açıq olmasından istifadə edən naməlum şəxs onun içərisində 250 manat, bank kartları, sənədlər olan pul kisəsini və 1 ədəd “İphone-12” markalı telefonunu oğurlayıb. Şikayət ərizəsi daxil olan kimi Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxlsərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Y.Məmmədova və E.Nəsrəddinova saxlanılıblar.

Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, həmin şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefon, içərisində sənədlər, eləcə də bank kartları olan pul  kisəsi aşkar olunaraq sahibinə geri qaytarılıb. Saxlanılan şəxslər barəsində Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Zərərçəkən xarici ölkə vətəndaşı oğurlanan əşyalarının qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Mehman Nəbiyev

Oxşar yazılar