Bakıda iki gəncin mübahisəsi qətllə nəticələndi
01 mart 2021 18:17 (UTC +04:00)

Bakıda iki gəncin mübahisəsi qətllə nəticələndi

Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 22 yaşlı Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 19 yaşlı Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda Əli Abbasovun yerinin müəyyən edilərək şübhəli şəxs qismində tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
 

# 1521
avatar

Mehman Nəbiyev

Oxşar yazılar