Oktyabrın 12-də axşam saatlarında paytaxtın Binəqədi rayonu ərazisində M.Kərimovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Lent.az bildirir ki, bu barədə APA-ya Daxili İşlər Naziliyinin mətbuat midmətindən məlumat verilib.
Hadisə ilə bağlı təhqiqat araşdırması başlanılıb.
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görür.
***
21:02
Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər yaralanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
20 yaşlı Kərimov Məhəmməd Rövşən oğlunu naməlum şəxs bıçaqlayıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparıır.