Bakıda evə  SİLAHLI HÜCUM:   qayınatasının evini atəşə tutdu
15 iyul 2022 12:19 (UTC +04:00)

Bakıda evə SİLAHLI HÜCUM: qayınatasının evini atəşə tutdu

Bakıda evə silahlı hücum olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinə ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının araşdırmaları ilə bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2973
avatar

Mehman Nəbiyev

Oxşar yazılar