Saxlanılan şəxslər  Səid Əlizadə, Rüstəm Mirzəyev və Sərxan Mirzəyev
17 mart 2021 16:23 (UTC +04:00)

Saxlanılan şəxslər Səid Əlizadə, Rüstəm Mirzəyev və Sərxan Mirzəyev

Bakıda dövlət əmlakını oğurlayanlar saxlanıldı - FOTO

Bakının Suraxanı rayonunda dövlət əmlakı oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilər xəbərə görə, Suraxanı rayonu 4-cü Mədən ərazisi adlanan yerdən dövlət mülkiyyətində olan dəmir boruları kəsib oğurlayanlar saxlanılıblar. Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarınını keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Səid Əlizadə, Rüstəm Mirzəyev və onun qohumu Sərxan Mirzəyev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, onlar ümumi uzunluğu 50 metrə yaxın dəmir boru xəttini kəsərək R.Mirzəyevin idarə etdiyi avtomobillə həmin ərazidən aparıblar. Saxlanılan zaman oğurlanan borular onlardan aşkar olunaraq götürülüb.

Faktla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir. Dəstə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

# 2016
avatar

Mehman Nəbiyev

Oxşar yazılar