Soyğunçuluğa görə tutulan şəxsin digər cinayəti də üzə çıxıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, soyğunçuluq etdiyinə görə tutulmuş N.Paşayevin ətrafında Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri aparıb.
Nəticədə onun sentyabrın 27-də Biləcəri qəsəbəsi ərazisində bir azyaşlı qıza zor tətbiq edib qızıl sırğasını alması da müəyyən edilib.